29/11/2017

"Sumqayıt" FK "Sabah"ı məğlub edib 1/4 finala yüksəldi


"Sumqayıt" - "Sabah" 3:0
Azərbaycan Kuboku, 1/8 final mərhələsi
29 noyabr 2017. Saat 16:00. ”Kapital Bank Arena”, 300 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Elşən Acalov ,Vüsal Qənbərov
Dördüncü hakim: Alik Yunusov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 77 (qeyri-idman hərəkəti)
Qollar: Kamal Mirzəyev, 49; Amil Yunanov, 68, 73
Artırılan vaxt: I hissədə - yoxdur ; II hissədə 2 dəq.

“Sumqayıt”
23. Mehdi Cənnətov
5. Vüqar Bəybalayev
6. Kamal Mirzəyev
9. Amil Yunanov
10. Cavid İmamverdiyev
(32. Rəşad Eyyubov, 46)
11. Ehtiram Şahverdiyev
13. Bəhlul Mustafazadə
(90. Ramil Həsənov, 77)
14. Bəxtiyar Həsənalızadə (k)
19. Azər Salahlı
(18. Tural Axundov, 46)
28. Səbuhi Abdullazadə
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
36. Süleyman Süleymanov
2. Rail Məlikov
3. Vurğun Hüseynov
17. Fərid Kərimzadə

Məşqçi: Seymur Rəhimov

“Sabah“
13. Tərlan Qasımzadə
14. İlqar Ələkbərov (k)
15. Elşad Manafov
3. Şirməmməd Məmmədov
55. Qeyrət Əliyev
17. Eltun Hüseynov
6. Əli Nuri Zanger
(97. Rəsul Babazadə, 90)
5. Afin Bağırov
16. Ülvi Kələşov
(44. Əli Əliyev, 81)
10. Cavad Kazımov
(7. Məhəmməd Alıyev, 85)
11. Bayram Nuruzadə

Ehtiyat oyunçular:
96. Elməddin Məmmədov
25. Röyal Əlizadə
4. Ruslan Cəfərov
19. Murad İsmayılzadə

Baş məşqçi: Arif Əsədov

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu bu mərhələdə 1-ci divizion təmsilçisi "Sabah"lə qarşılaşıb. Maraqlı idman mübarizəsində keçən görüşdə komandamız 3:0 hesablı qələbə qazanıb və 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə "Sumqayıt" FK "Qarabağ"la üz-üzə gələcək.

Seymur Rəhimov ("Sumqayıt" FK-nın məşqçisi): "İlk öncə komandanı qələbə münasibəti ilə təbrik edirəm. 2 gün sonra “Kəpəz”lə əhəmiyyətli oyunumuz olduğu üçün müəyyən dəyişikliklərə əl atmışdıq. Uşaqlar da özlərini doğrultdular. Rəqibimiz də yaxşı komanda idi. Arif müəllimə gələcək işlərində uğurlar arzu edirəm".