28/11/2017

"Sumqayıt" - "Sabah" qarşılaşmasını Elvin Əsgərov idarə edəcək


Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının hakim təyinatları müəyyənləşib. “Sumqayıt” - "Sabah" qarşılaşmasını Elvin Əsgərov idarə edəcək. Vüsal Qənbərov və Elşən Acalov yan xətlərdə Əsgərova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Alik Yunusov olacaq.

Nəzərinizə çatdıraq ki, “Sumqayıt” - "Sabah" qarşılaşması 29 noyabr, saat 16:00-da "Kapital Bank Arena"da baş tutacaq.

29 noyabr (çərşənbə)

“Sumqayıt” – “Sabah”
Hakimlər:
Elvin Əsgərov, Vüsal Qənbərov, Elşən Acalov, Alik Yunusov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
“Kapital Bank Arena”, 16:00