23/11/2017

“Sumqayıt” FK-nın dəstəyinizə ehtiyacı var!


26 noyabr 2017-ci il tarixində "Sumqayıt" Futbol Klubu Premyer Liqada 2017-ci il üçün son ev oyununa çıxacaq. Komandamız "Kapital Bank Arena"da "Səbail"i qəbul edəcək. Adıçəkilən qarşılaşma 26 noyabr tarixində saat 16:00-da start götürəcək. Bütün azarkeşlərimizi "Səbail"lə baş tutacaq son oyunda komandamızı dəstəkləməyə dəvət edirik.

Qeyd edək ki, "Sumqayıt" FK cari mövsümdə Premyer Liqada 5 ev oyunu keçirib. Bu görüşlərdə komandamızı 6626 azarkeş dəstəkləyib. "Kapital Bank Arena"da keçirilmiş 5 oyun üçün azarkeş sayı aşağıdakı kimidir.

1. “Sumqayıt” FK – “Kəpəz” (1326 azarkeş)
2. “Sumqayıt” FK – “Neftçi” (1500 azarkeş)
3. “Sumqayıt” FK – “Qəbələ” (1300 azarkeş)
4. “Sumqayıt” FK – “Zirə” (1300 azarkeş)
5. “Sumqayıt” FK – “Keşlə” (1200 azarkeş)