21/11/2017

"Sumqayıt" - "Səbail" oyunu saat 16:00-da start götürəcək


Topaz Premyer Liqasında 13-cü turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu tur çərçivəsində keçiriləcək olan "Sumqayıt" - "Səbail" qarşılaşması noyabrın 26-da "Kapital Bank Arena"da baş tutacaq və saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı görüş isə 27 noyabr tarixində eyni məkanda keçiriləcək və saat 15:00-da başlanacaq.