16/11/2017

U-16 "Səbail"ə, U-13 "Keşlə"yə qalib gəlib, U-19 "Neftçi"yə məğlub olub


AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda növbəti turun oyunları keçirilib. Bu gün "Sumqayıt" FK-nın U-16 komandası doğma meydanda "Səbail"i qəbul edib. Cəlal Cəbrayılov və Fərid Qasımzadənin fərqləndiyi qarşılaşmada Azad Mütəllimovun yetirmələri 2:0 hesablı qələbəyə sevinib.
Günün digər oyununda "Sumqayıt" FK-nın U-13 komandası "Dalğa Arena"da "Keşlə" ilə üz-üzə gəlib. Görüş komandamızın 1:0 hesablı qələbəsi ilə sonlanıb. Oyundakı yeganə qol avtoqol sonrası qeydə alınıb.
Bundan başqa həftə içi U-19 liqası çərçivəsində keçirilən "Sumqayıt" - "Neftçi" qarşılaşmasında komandamız 1:5 hesabı ilə məğlub olub. Görüşdə komandamızın yeganə qolunu Cavid Quliyev rəqib qapısından keçirib.

U-19 Liqası
"Sumqayıt" - "Neftçi" 1:5
Qol:
Cavid Quliyev.

U-16 Liqası
"Sumqayıt" - "Səbail" 2:0
Qollar:
Cəlal Cəbrayılov, Fərid Qasımzadə.

U-13 Liqası
"Keşlə" - "Sumqayıt" 0:1