16/11/2017

"Qarabağ" - "Sumqayıt" qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək


Topaz Premyer Liqasında 12-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Qarabağ" – “Sumqayıt” qarşılaşmasını İnqilab Məmmədov idarə edəcək. Cəmil Quliyev və Vaqif Musayev yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Ömər Paşayev olacaq. Qeyd edək ki, "Qarabağ" – “Sumqayıt” qarşılaşması 17 noyabr saat 18:30-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

17 noyabr (cümə)

“Qarabağ” – “Sumqayıt”
Hakimlər:
İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Bakı Olimpiya Stadionu, 18:30