14/11/2017

Akademiya üçün seleksiya günləri davam edir


“Sumqayıt” Futbol Klubunun akademiyasına 6-12 yaş arası futbolçuların seçimi davam edir. Artıq 3 həftədir keçirilən seleksiya günlərində təxminən 70-ə yaxın gənc futbolçu iştirak edib. Mövsüm boyu davam edəcək seçimlərdə məşqçilərin diqqətini cəlb edəcək futbolçular "Sumqayıt" FK-nın akademiyasına cəlb olunacaq. Seleksiya günləri hər şənbə və bazar günləri, saat 09:00-da “Kapital Bank Arena”da keçirilir. 6-12 yaş arası futbolçular müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Ağamusa Bağırov (+994 55 511 49 52 / +994 50 663 00 86)