13/11/2017

Akademiyamız həftəni 3 qələbə və 1 heç-heçə ilə başa vurub


AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda ötən həftə və həftəsonu növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın akademiyası həftəni 3 qələbə və 1 heç-heçə ilə tamamlayıb. Qeyd edək ki, 3 komandamız - U-19, U-17, və U-13 turu qələbə ilə başa vurub. Ümumilikdə, "Sumqayıt" FK-nın akademiyasının son oyunlardakı nəticələri diqqətinizə çatdırırıq:

U-19 Liqası
“Zirə” – “Sumqayıt” 1:3
Qollar:
Cavid Quliyev, İsmayıl Babayev, Yusif Qafarov.

U-17 Liqası
“Mil-Muğan” – “Sumqayıt” 0:7
Qollar:
Əli Əfəndiyev (2), Cəlal Cəbrayılov (2), İbrahim Novruzov, Kənan Əşrəfli, Elton Nağıyev.

U-14 Liqası
"Sumqayıt" - "Şüvəlan" 0:0

U-13 Liqası
"Sumqayıt" - "Binə" 4:0
Qollar:
Rəvan Əsgərzadə (3), Kənan Cavadlı.