07/11/2017

"Sumqayıt" FK Azərbaycan çempionatlarında 50-ci qələbəsini qazanıb


Topaz Premyer Liqasının XI turu “Sumqayıt” FK-nın yubiley qələbəsi ilə əlamətdar olub. “Keşlə”ni ev oyununda 3:1 hesabı ilə məğlub edən Samir Abasovun yetirmələri yüksək dəstədə 50-ci qələbəsini qazanıb. 2011/12 mövsümündən Premyer Liqada çıxış edən komandamız buna 207-ci qarşılaşmada nail olublar. Hesabında 55 heç-heçə də olan “Sumqayıt” FK 102 dəfə məğlub olub. (PFL)