04/11/2017

"Sumqayıt" FK doğma meydanda "Keşlə"ni məğlubiyyətə uğradıb


"Sumqayıt" - "Keşlə" 3:1
04 noyabr 2017. Saat 18:00.Kapital Bank Arena. 1200 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Dördüncü hakim: Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Ehtiram Şahverdiyev, 58 (qeyri-idman hərəkəti) // Fuad Bayramov, 40 (qeyri-idman hərəkəti); Adrian Skarlatake, 80 (qeyri-idman hərəkəti)
Qollar: Denis Silva, 30 (ö.q.); Amil Yunanov, 52; Adrian Skarlatake, 71 (ö.q.) // Nizami Hacıyev, 45
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev
3. Vurğun Hüseynov (k)
5. Vüqar Bəybalayev
(6. Kamal Mirzəyev, 77)
9. Amil Yunanov
10. Cavid İmamverdiyev
11. Ehtiram Şahverdiyev
13. Bəhlul Mustafazadə
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı
32. Rəşad Eyubov
97. Xəyal Nəcəfov
(20. Rüfət Abdullazadə, 87)

Ehtiyat oyunçular:
23. Mehdi Cənnətov
2. Rail Məlikov
17. Fərid Kərimzadə
28. Səbuhi Abdullazadə
71. Ramazan Həsənov
90. Ramil Həsənov

Baş məşqçi: Samir Abasov

“Keşlə”
1. Orxan Sadıqlı
3. Denis Silva
4. Slavik Alxasov
7. Mirsahib Abbasov
(6. Samir Zərgərov, 57)
8. Nizami Hacıyev (k)
9. Pərdis Fərcad-Azad
10. Elnur Abdullayev
(19. Mirhüseyn Seyidov, 80)
22. İlkin Qırtımov
24. Fuad Bayramov
27. Adrian Skarlatake
58. Sinan Akkoyun

Ehtiyat oyunçular:
16. Şahin Zəkiyev
2. Sertan Taşkın
33. Tərlan Quliyev
39. Əlibəy Məmmədli
40. Asif Vəliyev
46. Əsəd Məsimov
53. Emil Əliyev
66. Murad Qayalı
77. Oleq Hüseynov
80. Rafael Məhərrəmli

Baş məşqçi: Ramiz Məmmədov

Topaz Premyer Liqasında 11-ci turun oyunları davam edir. "Sumqayıt" FK bu tur doğma azarkeşləri qarşısında "Keşlə"ni sınağa çəkib. 90 dəqiqənin tamamında komandamız meydanı 3:1 hesablı əzmkar qələbə ilə tərk edib.
Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Futbolçularımızı təbrik edirəm. Layiqli qələbə qazandıq. “Neftçi” ilə oyunda yaxşı oynasaq da, məğlub olmuşduq. Bu oyuna yaxşı hazırlaşdıq, keçən matçlarda səhv edən futbolçuların üzərində işlədik. Uşaqlar da “Neftçi”yə məğlubiyyətin əvəzini bu gün çıxmaq istəyirdilər. Şükürlər olsun ki, qələbə qazandıq. Bugünkü qələbədə Cavid İmamverdiyevin payı çoxdu, gənclərimiz də yaxşı oynadılar. Akademiyamızın yetirməsi Rüfət Abdullazadə də bu gün Premyer liqada ilk oyununu keçirdi. Bu münasibətlə, onu da təbrik edirəm".