31/10/2017

"Sumqayıt" - "Keşlə" qarşılaşması saat 18:00-da start götürəcək


Topaz Premyer Liqasında 11-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu tur çərçivəsində keçiriləcək olan "Sumqayıt" - "Keşlə" qarşılaşması noyabrın 4-də "Kapital Bank Arena"da baş tutacaq və saat 18:00-da start götürəcək.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı görüş isə 5 noyabr tarixində eyni məkanda keçiriləcək və saat 15:00-da başlanacaq.