26/10/2017

"Neftçi" - "Sumqayıt" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək


Topaz Premyer Liqasında 10-cu turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Neftçi" - "Sumqayıt" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək. Vaqif Musayev və Cavanşir Yusifov yan xətlərdə Cabbarova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Ramil Diniyev olacaq. Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçı 29 oktyabr, saat 18:00-da "Bakcell Arena"da keçiriləcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

29 oktyabr (bazar)
“Neftçi” – “Sumqayıt”
Hakimlər:
Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
“Bakcell Arena”, 18:00