05/02/2012

“Sumqayıt” yoxlama oyununda qələbə qazanıb


Premyer Liqanın ikinci mərhələsi üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubu növbəti yoxlama oyununu keçirib. “Şəfa” stadionunda “Rəvan”la üz-üzə gələn Bernhard Raabın komandası qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb. Komandamızdan qolları Ramil Həşimzadə və Timur İsrafilov vurub. “Rəvan”dan isə Taqim Novruzov fərqlənib.

“Sumqayıt” bu heyətlə meydana çıxıb: Andriy Popoviç, Slavik Alxasov, Timur İsrafilov, Tərlan Quliyev, Ruslan Tağızadə, Abdulla Abatsiyev, Samir Abasov, Eşqin Quliyev, Ramil Həşimzadə, Uğur Pamuk, Kamil Nuraəhmədov.

Meydana sonradan daxil olanlar: Yasin Abbasov, Orxan Həsənov, Mahmud Qurbanov, Emin Mustafayev, Samir Abdulov.

Xatırladaq ki, “Sumqayıt” FK fevralın 10-da Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq.