04/02/2012

Əvəzedicilər “Rəvan”la üz-üzə gələcək


Çempionatın ikinci mərhələsi üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirəcək. Vaqif Paşayevin yetirmələri fevralın 5-də “Rəvan”ın əvəzediciləri ilə üz-üzə gələcək.

Olimpiya Yığmalarının Təlim-Məşq bazasında baş tutacaq görüş saat 10:30-da başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” Futbol Klubunun əvəzediciləri 3 yeni futbolçunu heyətinə qatıb. Ruslan Getman, Təbriz Mütəllimov və Niyaz Həsənov klubumuzla müqavilə imzalayıb. Bundan başqa, “Sumqayıt”ın aşağı yaş qruplarından ibarət komandalarda forma geyinmiş 6 futbolçu da əvəzedici komandaya cəlb olunub.