04/02/2012

U-17 komandamız 4 futbolçu ilə anlaşıb


AFFA-nın təşkil etdiyi “Azercell U-17 Liqa”sının ikinci dövrəsinə hazırlaşan “Sumqayıt” Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Tağı Məmmədovun rəhbərlik etdiyi komanda 4 futbolçu ilə güclənib. “Neftçi PFK”dan Camal Məmmədov, “Rəvan”dan Tamerlan Səfərli, “Neftçi İSM”dən Vüsal Mailov və “Siyəzən”dən isə Elmar Ağarzayev bundan sonra “Sumqayıt”ın formasını geyinəcək.