07/10/2017

"Sumqayıt" FK yoxlama görüşündə "Qarabağ"ı məğlubiyyətə uğradıb


Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" Futbol Klubu yoxlama görüşü keçirib. Komandamız "Azersun Arena"da "Qarabağ"la qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada Samir Abasovun yetirmələri 2:1 hesablı qələbə qazanıb. "Sumqayıt" FK-nın qollarını 10-cu dəqiqədə Amil Yunanov, 19-cu dəqiqədə isə Azər Salahlı rəqib qapısından keçirib. "Qarabağ"da isə Miçel penalti zərbəsindən fərqlənib.

"Sumqayıt" FK oyuna aşağıdakı heyətlə çıxıb:
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov
5. Vüqar Bəybalayev
6. Kamal Mirzəyev
7. Cavid Tağıyev
9. Amil Yunanov
10. Cavid İmamverdiyev
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyyubov

Meydana sonradan daxil olanlar:
23. Mehdi Cənnətov
17. Fərid Kərimzadə
21. Ramil Orucov
71. Ramazan Həsənov
90. Ramil Həsənov