06/10/2017

"Sumqayıt" FK Azərbaycan kubokunda "Sabah"la qarşılaşacaq


Bu gün Azərbaycan Kubokunun 2017/18 mövsümünün püşkü atıldı. Topaz Premyer Liqasının 8, Azərbaycan I Divizionunun 10 komandasının iştirak edəcəyi yarışın püşkatma mərasimi AFFA-nın inzibati binasında reallaşıb. Komandamız bu mərhələdə 1-ci divizion təmsilçisi "Sabah"la qarşılaşacaq. Qarşılaşma 29 noyabr tarixində keçiriləcək.

2017/2018-ci illər mövsümü
Azərbaycan kuboku

1/16 final (11 oktyabr)
1. “Ağsu” - “Mil-Muğan”
2. MOİK - “Turan Tovuz”

1/8 final (29 noyabr)
3. “Qəbələ” – 1-ci cütün qalibi
4. “Şüvəlan” - “Səbail”
5. “Zirə” - “Xəzər”
6. “Neftçi” - “Zaqatala”
7. 2-ci cütün qalıbi - “İnter”
8. “Kəpəz” - “Binə”
9. “Qarabağ” - “Qaradağ Lökbatan”
10. “Sumqayıt” - “Sabah”

1/4 final (10-11/14-15 dekabr)
11. 3-cü cütün qalibi - 4-cü cütün qalibi
12. 5-ci cütün qalibi - 6-cı cütün qalibi
13. 7-ci cütün qalibi - 8-ci cütün qalibi
14. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

1/2 final (11/18 aprel)
15. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
16. 13-cü cütün qalibi – 14-cü cütün qalibi
17. 15-ci cütün qalibi – 16-cı cütün qalibi

Final (28 may)