04/02/2012

“Rəvan”la yoxlama oyunu fevralın 5-də keçiriləcək


“Sumqayıt” Futbol Klubu ilə “Rəvan” arasında bu gün baş tutmalı olan yoxlama oyunu əlverişsiz hava şəraiti ilə əlaqədar növbəti dəfə təxirə salınıb. Həmin qarşılaşma fevralın 5-də “Şəfa” stadionunda baş tutacaq. Oyun saat 14:00-da başlayacaq.

Hazırda 19 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində olan Orxan Əliyev, Ruslan Nəsirli, Şamil Cəmaləddinov və Samir Yusifov bu görüşdə iştirak etməyəcək.

Xatırladaq ki, “Sumqayıt” FK fevralın 10-da Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq.