30/09/2017

Azər Salahlı: “Şükürlər olsun ki, 3 xalı qazanan tərəf biz olduq”


“Səbail”lə oyunda hesabı açan Azər Salahlının fikirlərini diqqətinizə çatdırırıq:

“Səbail”lə oyunda qələbə qazanmağı çox istəyirdik. Qarşılaşmanın ağır keçəcəyini bütün komanda olaraq başa düşürdük. Amma şükürlər olsun ki, 3 xalı qazanan tərəf biz olduq. Bütün komanda yoldaşlarıma göstərdikləri əzmkar oyuna görə təşəkkür edirəm. Komanda oyununda qolun kim tərəfindən vurulmasının bir o qədər də önəmi yoxdur. Əsas o idi ki, qələbə qazanaq. Qol epizodunda isə bəxtim gətirdi ki, top qarşıma düşdü, vəziyyətdən yararlanıb, hesabı açdım. Millinin oyunları ilə əlaqədar olaraq yaranacaq fasilədən də maksimal şəkildə yararlanmağa çalışacağıq. Səhvlərimiz üzərində çalışıb, növbəti oyuna hazırlaşacağıq”

Qeyd edək ki, 2016-cı ildən komandamızın şərəfini qoruyan Azər Salahlı ümumilikdə 34 qarşılaşmada 2782 dəqiqə meydanda olub. Salahlı meydana çıxdığı oyunlarda 2 qol vurmağı da bacarıb.