28/09/2017

"Səbail" - "Sumqayıt" qarşılaşmasını Ramil Diniyev idarə edəcək


Topaz Premyer Liqasında 7-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Səbail" - "Sumqayıt" qarşılaşmasını Ramil Diniyev idarə edəcək. Rahil Ramazanov və Vüsal Qənbərov yan xətlərdə Diniyevə kömək edəcək. 4-cü hakim funksiyasını isə Elvin Əsgərov yerinə yetirəcək. Qeyd edək ki, "Səbail" - "Sumqayıt" qarşılaşması 30 sentyabr, saat 18:00-da "Dalğa Arena"da keçiriləcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

30 sentyabr (şənbə)

“Səbail” – “Sumqayıt”
Hakimlər:
Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
“Dalğa Arena”, 18:00