28/09/2017

"Sumqayıt" FK-nın 6 futbolçusu milli komandalara dəvət alıb


Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət yığma komandası 1-8 oktyabr tarixləri arasında Almaniyada təlim-məşq toplanışı keçirəcək. “Sumqayıt” Futbol Klubunun 4 futbolçusu milli komandaya dəvət alıb. Belə ki, Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə və Süleyman Süleymanov U-21-in toplanışında iştirak edəcək.

Bundan başqa, Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası 1-17 oktyabr tarixlərində Serbiya və Bolqarıstanda təlim-məşq toplanışları keçirəcək. Komandamızın 2 futbolçusu – Rüfət Abdullazadə və Səbuhi Abdullazadə U-17 millisinin heyətinə dəvət olunub.