28/09/2017

"Səbail" - "Sumqayıt" oyunu saat 18:00-da start götürəcək


Topaz Premyer Liqasında 7-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Səbail” – "Sumqayıt" oyunu sentyabrın 30-da "Dalğa Arena"da baş tutacaq və 18:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə oktyabrın 1-də Binə qəsəbə stadionunda keçiriləcək və saat 16:00-da başlanacaq.