25/09/2017

“Sumqayıt” FK “Səbail”lə oyunun hazırlıqlarına start verdi


6-cı turda “Qarabağ”la keçirilən oyundan sonra 2 günlük istirahətə buraxılan “Sumqayıt” Futbol Klubu məşq prosesini bərpa edib. “Səbail”lə oyunun hazırlıqlarına start verən Samir Abasovun komandası bu gün saat 17:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. “Qarabağ”la oyunda zədələnən Cavid İmamverdiyev məşq prosesində iştirak etməyib. Təxminən 1.5 saat davam edən məşq prosesində əsasən toplu çalışmalara üstünlük verilib.

Qeyd edək ki, “Səbail” – “Sumqayıt” qarşılaşması 30 sentyabr tarixində keçiriləcək.