03/02/2012

“Sumqayıt” sabah “Rəvan”la yoxlama oyunu keçirəcək


“Sumqayıt” Futbol Klubu əvvəlcədən planlaşdırıldığı kimi bu gün “Rəvan”la yoxlama oyunu keçirməli idi. Lakin əlverişsiz hava şəraitinə görə, həmin qarşılaşma fevralın 4-də baş tutacaq. “Rəvan”la yoxlama oyunu “Şəfa” stadionunda saat 14:00-da başlayacaq.

Xatırladaq ki, “Sumqayıt” fevralın 2-dən 5-dək hazırlığını Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirəcək, komandamız daha sonra məşqlərini “Dalğa Arena”da davam etdirəcək.