22/09/2017

"Sumqayıt" səfərdə "Qarabağ"la qarşılaşıb


"Qarabağ" - "Sumqayıt" 4:1

22 sentyabr 2017. Saat 19:00. Tofiq Bəhramov adına Respublika stadionu, 1400 tamaşaçı
Baş hakim: Orxan Məmmədov 
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Vüqar Bayramov 
Dördüncü hakim: Əliyar Ağayev 
AFFA nümayəndəsi: Seymur Səlimli 
Hakim-inspektor: Məhəmməd Məmmədov 
Sarı vərəqələr: Yakub Jezniçak, 35 (qeyri-idman hərəkəti); Markos Madera, 77 (qeyri-idman hərəkəti), 88 (qeyri-idman hərəkəti) // Cavid Tağıyev, 35 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 55 (qeyri-idman hərəkəti); Xəyal Nəcəfov, 87 (sistematik qayda pozuntusu)
Qırmızı vərəqə: Markos Madera, 88 
Qollar: Pedro Enrike, 55; Riçard Almeyda, 61 (p.); Mahir Mədətov, 64, 72 // Bəxtiyar Həsənalızadə, 8 
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3. dəq.


“Qarabağ”
1. Anton Kanibolotski
5. Maksim Medvedev (k)
8. Markos Madera
9. Dino Ndlovu
10. Pedro Enrike
(88. Elşən Abdullayev, 88)
11. Mahir Mədətov
18. Tarik Elyunussi
(2. Qara Qarayev, 68)
20. Riçard Almeyda
52. Yakub Jezniçak
(99. Dani Kintana, 63)
55. Bədavi Hüseynov
32. Elvin Yunuszadə

Ehtiyat oyunçular:
13. İbrahim Şehiç
12. Şahruddin Məhəmmədəliyev
7. Rahid Əmirquliyev
21. Arif Daşdəmirov
30. Abbas Hüseynov
70. Nicat Süleymanov
90. Ramil Şeydayev
91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
23. Mehdi Cənnətov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Vüqar Bəybalayev
9. Amil Yunanov
10. Cavid İmamverdiyev
(7. Cavid Tağıyev, 15)
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
6. Kamal Mirzəyev
11. Ehtiram Şahverdiyev
13. Bəhlul Mustafazadə
41. Ceyhun Rəcəbli
90. Ramil Həsənov

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 6-cı tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Qarabağ"ınn qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmadan komandamız 1:4 hesablı məğlubiyyətlə ayrılıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi):
"Oyuna pis başlamadıq. Belə oyunu gözləyirdik. Bacardığımız qədər qapanırdıq. Əsas məqsədimiz rəqibi əks-hücumlarda tutmaq idi. Buna da nail olduq. Ancaq hesabı qoruyub saxlaya bilmədik. Oyunçular arasında səviyyə fərqi özünü göstərdi. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram".