21/09/2017

"Qarabağ" - "Sumqayıt" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək


Topaz Premyer Liqasında 6-cı turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Qarabağ" - "Sumqayıt" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək. Mübariz Haşımov və Vüqar Bayramov yan xətlərdə Diniyevə kömək edəcək. 4-cü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək. Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" qarşılaşması 22 sentyabr, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

22 sentyabr (cümə)

“Qarabağ”-“Sumqayıt”
Hakimlər:
Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00