03/02/2012

“Sumqayıt” məşqlərini davam etdirir


Əlverişsiz hava şəraitinə baxmayaraq, “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Bernhard Raabın komandası bu gün Olimpiya Yığmalarının Təlim-Məşq bazasında növbəti məşqini keçirib. Hazırda 19 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində olan Orxan Əliyev, Ruslan Nəsirli, Şamil Cəmaləddinov və Samir Yusifov hazırlıq prosesində iştirak etməyib. Komandamız fevralın 5-dən 9-dək isə hazırlığını “Dalğa Arena”da davam etdirəcək.

Xatırladaq ki, “Sumqayıt” FK fevralın 10-da Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq.