19/09/2017

"Sumqayıt" - "Qarabağ" oyunu saat 19:00-da start götürəcək


Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Qarabağ" oyunu sentyabrın 22-də "Kapital Bank Arena"da baş tutacaq və 19:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə sentyabrın 23-də eyni məkanda keçiriləcək və saat 16:30-da başlanacaq.