19/09/2017

İsmayıl Babayev U-19 millisinə dəvət alıb


19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsi öncəsi Almaniyanın Bad Vorişofen şəhərində təlim-məşq toplanışı keçirəcək. Komandanın tərkibində “Sumqayıt” FK-nın müdafiəçisi İsmayıl Babayev də yer alır.
Qeyd edək ki, millinin toplanışı sentyabrın 18-dən oktyabrın 1-dək davam edəcək.