03/02/2012

Telman Salahov – 75!


Əməkdar məşqçi, SSRİ idman ustası, futbol veteranı Telman Salahovun 75 illik yubileyi keçirilib. Tədbirdə “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev də iştirak edib. Yubilyarı təbrik edən klubun rəhbəri gələcəkdə Salahovun adını daşıyacaq beynəlxalq futbol turnirinin keçiriləcəyini deyib.

Qeyd edək ki, Gəncənin “Dinamo”, Sumqayıtın “Polad” və “Mettalurq” kimi klublarında çıxış edən Telman Salahov Sumqayıtda “Xəzər” və “Polad” klublarını çalışdırıb.