16/09/2017

"Sumqayıt" FK səfərdə "İnter"lə heç-heçə edib


"İnter"- "Sumqayıt" 1:1
16 sentyabr 2017. Saat 16:30. “İnter Arena”, 500 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: İsgəndər Əliyev, Vüsal Qənbərov
Dördüncü hakim: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Sarı vərəqələr: Slavik Alxasov, 79 (qeyri-idman hərəkəti) // Vüqar Bəybalayev, 76 (qeyri-idman hərəkəti)
Qollar: Sertan Taşkın, 11 // Rəşad Eyubov, 48
Artırılan vaxt: I hissədə 2 dəq .; II hissədə 4 dəq.

“İnter”
1. Orxan Sadıqlı
2. Sertan Taşkın
3. Denis Silva
7. Mirsahib Abbasov
(4. Slavik Alxasov, 74)
8. Nizami Hacıyev (k)
9. Pərdis Fərcad-Azad
10. Elnur Abdullayev
(19. Mirhüseyn Seyidov, 85)
22. İlkin Qırtımov
24. Fuad Bayramov
27. Adrian Skarlatake
(88. Məmməd Quliyev, 44)
33. Tərlan Quliyev

Ehtiyat oyunçular:
16. Şahin Zəkiyev
6. Samir Zərgərov
20. Aqşin Quluzadə
65. Cabir Əmirli
66. Murad Qayalı

Baş məşqçi: Zaur Svanadze

“Sumqayıt”

1. Fərhad Vəliyev
3. Vurğun Hüseynov (k)
5. Vüqar Bəybalayev
(90. Ramil Həsənov, 83)
7. Cavid Tağıyev
(11. Ehtiram Şahverdiyev, 60)
9. Amil Yunanov
10. Cavid İmamverdiyev
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
23. Mehdi Cənnətov
2. Rail Məlikov
6. Kamal Mirzəyev
13. Bəhlul Mustafazadə
41. Ceyhun Rəcəbli

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 5-ci tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "İnter"lə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Qol vurmaq üçün xeyli imkanımız olsa da, yararlana bilmədik və “İnter” həmişəki taktikasından istifadə edib fərqləndi. Heç-heçə ilə razı olsaq da, qələbə qazana biləcəyimiz oyun idi. Sadəcə, həddindən artıq hücuma atıldıq, qol vurmaq istədik. Ümumiyyətlə, hansısa mövqenin zəif çıxış etməsindən narazı deyiləm. Ən böyük problemimiz qol imkanlarından yararlana bilməməkdi"