15/09/2017

"İnter" - "Sumqayıt" qarşılaşmasını Ramil Diniyev idarə edəcək


Topaz Premyer Liqasında 5-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "İnter" - "Sumqayıt" qarşılaşmasını Ramil Diniyev idarə edəcək. İsgəndər Əliyev və Vüsal Qənbərov yan xətlərdə Diniyevə kömək edəcək. 4-cü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirəcək. Qeyd edək ki, "İnter" - "Sumqayıt" qarşılaşması 16 sentyabr, saat 16:30-da "İnter Arena"da keçiriləcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

16 sentyabr (şənbə)

“İnter” – “Sumqayıt”
Hakimlər:
Ramil Diniyev, İsgəndər Əliyev, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”, 16:30