10/09/2017

"Sumqayıt" FK "Neftçi" üzərində əzmkar qələbə qazanıb


"Sumqayıt" - "Neftçi" 1:0
10 sentyabr 2017. Saat 19:00. “Kapital Bank Arena”, 1500 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Cəmil Quliyev
Dördüncü hakim: Ramil Diniyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Xəyal Nəcəfov, 66 (qeyri-idman hərəkəti) // Kiril Petrov, 66 (qeyri-idman hərəkəti)
Qollar: Amil Yunanov, 25 (p.)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev
3. Vurğun Hüseynov (k)
5. Vüqar Bəybalayev
(11. Ehtiram Şahverdiyev, 77)
7. Cavid Tağıyev
9. Amil Yunanov
10. Cavid İmamverdiyev
(13. Bəhlul Mustafazadə, 87)
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
(6. Kamal Mirzəyev, 64)
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
23. Mehdi Cənnətov
2. Rail Məlikov
41. Ceyhun Rəcəbli
90. Ramil Həsənov

Baş məşqçi: Samir Abasov

“Neftçi”
1. Səlahət Ağayev
5. Anton Krivotsyuk
(9. Uqo Barqas, 46)
6. Pavel Dreksa
7. Namiq Ələsgərov
(11. İqnasio Herrera, 62)
10. Derlis Meza Kolli
15. Ruslan Abışov (k)
(23. Tərzin Cahangirov, 64)
17. Rəhman Hacıyev
19. Fəhmin Muradbəyli
21. Məhəmməd Mirzəbəyov
25. Kiril Petrov
27. Məqsəd İsayev

Ehtiyat oyunçular:
94. Rəşad Əzizli
3. Mateo Mujek
12. Daniel Seqovia
26. Ömər Buludov
40. Kənan Mirzəliyev
64. Orxan Sabirbəyli

Baş məşqçi: Elşad Əhmədov

Topaz Premyer Liqasında 4-cü tura yekun vurulub. Turun bağlanış oyununda "Sumqayıt" doğma meydanda "Neftçi"ni qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 1:0 hesablı qələbə qazanıb. Komandamızın qələbə qolunu 25-ci dəqiqədə Amil Yunanov rəqib qapısından keçirib.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi):
"İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə öz oyunumuzu itirdik. Keçən il oyuna necə başlayırdıqsa, elə də davam edirdik. Amma indi vəziyyət belə deyil. Bu problemləri aradan qaldırmaq üçün bizə çox lazımdır. Şanslarımız olsa da, dəyərləndirə bilmirik. İnanıram ki, hansısa oyunda “partlayacağıq”. Bu gün oyuna çox sürətli başladıq, bəlkə də qol vurmaq üçün tələsdik. Məşqdə etdiklərimizi həyata keçirə bilsəydik, böyükhesablı qələbə qazana bilərdik".