09/09/2017

"Sumqayıt" - "Neftçi" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək


Topaz Premyer Liqasında 4-cü turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Neftçi" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək. Azər Əsgərov və Cəmil Quliyev yan xətlərdə Həsənova kömək edəcək. 4-cü hakim funksiyasını isə Ramil Diniyev yerinə yetirəcək. Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması 10 sentyabr, saat 19:00-da "Kapital Bank Arena"da keçiriləcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

10 sentyabr (bazar)

“Sumqayıt” – “Neftçi”
Hakimlər:
Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
“Kapital Bank Arena”, 19:00