05/09/2017

Azərbaycan milli komandası San Marinonu böyükhesablı məğlubiyyətə uğradıb


2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində “Bakcell Arena”da Azərbaycan milli komandası San Marino yığması ilə qarşılaşıb. Qarşılaşma 5:1 hesabı ilə millimizin xeyrinə başa çatıb. Əfran İsmayılovun dubl etdiyi oyunda hərəyə 1 dəfə Araz Abdullayev və Rəşad Sadıqov fərqlənib.

Xatırladaq ki, seçmə mərhələdə 10 xal toplamaqla öz rekordunu müəyyənləşdirən millimiz tarixinin ən böyükhesablı qələbəsini də təkrarlayıb.