04/09/2017

"Sumqayıt" FK yoxlama görüşündə "Qəbələ"ni məğlub edib


Milli komandanın oyunları ilə əlaqədar olaraq yaranmış fasilədən istifadə edən “Sumqayıt” Futbol Klubu yoxlama oyunu keçirib. Samir Abasovun yetirmələri İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Qəbələ” ilə üz-üzə gəlib. Oyun komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt” FK-nın görüşdəki qollarını Cavid İmamverdiyev (2) və Amil Yunanov rəqib qapısından keçirib. Qarşılaşmanın 12-ci dəqiqəsində komandamızdan Cavid Tağıyev, 27-ci dəqiqəsində isə “Qəbələ”nin futbolçusu Filip Ozobiç 11 metrlik cərimə zərbəsini qola çevirə bilməyib.

“Sumqayıt” – “Qəbələ” 3:1
Qollar:
Amil Yunanov, 22, Cavid İmamverdiyev, 56, 70 – Endi Hallidey 45 (p.).