01/09/2017

“Sumqayıt” FK “Qəbələ” ilə yoxlama görüşü keçirəcək


Milli komandanın oyunları ilə əlaqədar olaraq yaranmış fasilədən istifadə edən “Sumqayıt” Futbol Klubu çempionatın 4-cü turuna hazırlıq məqsədi ilə yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda 4 sentyabr tarixində İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Qəbələ” ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:45-də start götürəcək.