01/02/2012

“Sumqayıt” “Rəvan”la yoxlama oyunu keçirəcək


Sabahdan etibarən paytaxtda hazırlığa başlayacaq “Sumqayıt” Futbol Klubu yoxlama oyunu keçirməyi planlaşdırır. Bernhard Raabın komandası fevralın 3-də “Dalğa Arena”da Premyer Liqa təmsilçisi “Rəvan”la qarşılaşacaq. Oyun saat 14:00-da başlayacaq.

Xatırladaq ki, “Sumqayıt” fevralın 2-dən 5-dək hazırlığını Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirəcək, komandamız daha sonra məşqlərini “Dalğa Arena”da davam etdirəcək.