28/08/2017

3 futbolçumuz U-21 millisinə dəvət alıb


21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində avqustun 31-də ilk oyununu keçirəcək. Yığmamız səfərdə İsrail komandası ilə qarşılaşacaq. Bu oyuna hazırlıq məqsədilə avqustun 27-dən etibarən təlim-məşq toplanışına başlayan yığmamızın heyətində "Sumqayıt" FK-nın 3 futbolçusu - Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə də iştirak edir.