26/08/2017

"Sumqayıt" FK səfərdə "Zirə" ilə qarşılaşıb


"Zirə" - "Sumqayıt" 3:1
26 avqust 2017. Saat 18:00. Zirə İdman Kompleksinin stadionu, 1100 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Cavanşir Yusifov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Vüqar Mustafayev, 51 (sistematik qayda pozuntusu); Vüsal İsgəndərli, 61 (qeyri-idman hərəkəti); Milan Duriç, 63 (qeyri-idman hərəkəti) // Ehtiram Şahverdiyev, 18 (qeyri-idman hərəkəti); Tural Axundov, 37 (qeyri-idman hərəkəti)
Qollar: Riçard Qadze, 52; Vüsal İsgəndərli, 61, 77 // Jozef Bum, 88 (ö.q)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Zirə”
1. Anar Nəzirov (k)
3. Jozef Bum
4. Vüqar Mustafayev
8. Milan Duriç
9. David Manqa
(11. Viktor İqbekoyi, 77)
10. Orxan Əliyev
(17. Vüsal İsgəndərli, 59)
14. Qabriel Matey
23. Yovan Krneta
28. Təmkin Xəlilzadə
(19. Elgün Nəbiyev, 88)
43. Riçard Qadze
74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
5. Adil Nağıyev
7. Kerven Belfor
13. Aleksandr Şemonayev
38. İlkin Muradov
39. Sadiq Quliyev
98. Elçin Əliyev
99. Nicat Qurbanov

Baş məşqçi: Ayxan Abbasov

“Sumqayıt”
23. Mehdi Cənnətov
2. Rail Məlikov (k)
6. Kamal Mirzəyev
7. Cavid Tağıyev
(97. Xəyal Nəcəfov, 56)
9. Amil Yunanov
10. Cavid İmamverdiyev
11. Ehtiram Şahverdiyev
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
(90. Ramil Həsənov, 67)
32. Rəşad Eyubov

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
3. Vurğun Hüseynov
5. Vüqar Bəybalayev
13. Bəhlul Mustafazadə
28. Səbuhi Abdullazadə

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 3-cü turun görüşləri keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Zirə"nin qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmadan komandamız 3:1 hesablı məğlubiyyətlə ayrılıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Pis oynamadıq. İlk hissədə çox yaxşı futbol sərgilədik. İkinci hissədə ilk qolu biz vurmaq istəyirdik. Amma qol buraxdıq və oyun sistemimiz pozuldu. İnanıram ki, komandamız öz oyununu tapacaq. Yaxşı komandamız var və məğlub olmağı ciddi problem hesab etmirəm. Düşünürəm ki, daha yaxşı çıxış etməyi bacaracağıq".