25/08/2017

"Zirə" – “Sumqayıt” qarşılaşmasını Ömər Paşayev idarə edəcək


Topaz Premyer Liqasında 3-cü turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Zirə" – “Sumqayıt” qarşılaşmasını Ömər Paşayev idarə edəcək. Namiq Hüseynov və Cavanşir Yusifov yan xətlərdə Paşayevə kömək edəcək. 4-cü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək. Qeyd edək ki, "Zirə" – “Sumqayıt” qarşılaşması 26 avqust saat 18:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

26 avqust (şənbə)

“Zirə” – “Sumqayıt”
Hakimlər:
Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 18:00