23/08/2017

"Zirə" - "Sumqayıt" qarşılaşması saat 18:00-da start götürəcək


Topaz Premyer Liqasında 3-cü turun oyun cədvəli müəyyənləşib. Belə ki, üçüncü turda keçiriləcək “Zirə” – "Sumqayıt" oyunu avqustun 26-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq və 18:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə avqustun 27-də eyni məkanda keçiriləcək və saat 18:00-da başlanacaq.