22/08/2017

“Sumqayıt” FK “Zirə” ilə oyunun hazırlığına start verdi


Premyer Liqanın 2-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşan “Sumqayıt” Futbol Klubu birgünlük istirahətin ardından məşq prosesini bərpa edərək “Zirə” ilə oyunun hazırlıqlarına start verib. Bu gün saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxan Samir Abasovun yetirmələri əsasən toplu çalışmalara üstünlük verib. Zədə səbəbindən “Kəpəz” və “Qəbələ” ilə oyunlarda iştirak etməyən kapitan Vurğun Hüseynov isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, 3-cü turda “Zirə” ilə oyun 26 avqust tarixində Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.