20/08/2017

"Sumqayıt" FK səfərdə "Qəbələ" ilə qarşılaşıb


"Qəbələ" - "Sumqayıt" 1:0
20 avqust 2017. Saat 20:00. Qəbələ şəhər stadionu, 2500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Akif Əmirəli
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Elvin Məmmədov, 57 (qeyri-idman hərəkəti) // Azər Salahlı, 2 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 77 (hakim qərarına etiraz)
Qollar: Tellur Mütəllimov, 40
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə -3 dəq.

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
6. Elvin Məmmədov
(4. Elvin Camalov, 88)
8. Qismət Alıyev
9. Baqali Dabo
10. Ruslan Qurbanov
(11. Asif Məmmədov, 75)
15. Vitali Vernidub
18. İlqar Qurbanov
(88. Tellur Mütəllimov, 12)
19. Filip Ozobiç
28. Stiven Jozef-Monroz
34. Urfan Abbasov (k)

Ehtiyat oyunçular:
23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
12. Endi Hallidey
16. Dion Omar Malone
17. Roman Hüseynov
21. Deyv Bultuis
89. Abbas Ağazadə
70. Ülvi İsgəndərov

Baş məşqçi: Roman Qriqorçuk

“Sumqayıt”

1. Fərhad Vəliyev
2. Rail Məlikov (k)
6. Kamal Mirzəyev
(17. Fərid Kərimzadə, 90)
7. Cavid Tağıyev
(11. Ehtiram Şahverdiyev, 67)
9. Amil Yunanov
10. Cavid İmamverdiyev
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
23. Mehdi Cənnətov
3. Vurğun Hüseynov
5. Vüqar Bəybalayev
13. Bəhlul Mustafazadə
39. Tural Bayramlı

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 2-ci tura yekun vurulub. "Sumqayıt" FK bu tur səfərdə "Qəbələ"nin qonağı olub. Maraqlı idman mübarizəsində keçən qarşılaşmada komandamız 0:1 hesabı ilə məğlub olub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk səfər oyunumuz idi. Gözlədiyimizdən də çətinn oldu. Bəzi oyunçularımız sanki meydanda yox idilər. Bu bizə çətinlik yaratdı. Oyun "Qəbələ"nin üstünlüyü şəraitində keçdi. Biz bunu gözləyirdik. Amma buna baxmayaraq, inanırdıq ki, sərfəli nəticə qazana bilərik. Təəssüf ki, bir neçə futbolçumuz zəif oynadığı üçün istədiyimiz nəticəni əldə edə bilmədik."