18/08/2017

"Qəbələ" - "Sumqayıt qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında 2-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Qəbələ" – “Sumqayıt” qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Rza Məmmədov və Akif Əmirəli yan xətlərdə Ağayevə kömək edəcək. 4-cü hakim funksiyasını isə Ömər Paşayev yerinə yetirəcək. Qeyd edək ki, "Qəbələ" – “Sumqayıt” qarşılaşması 20 avqust saat 20:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.


20 avqust (bazar)

“Qəbələ” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu, 20:00