18/08/2017

"Qəbələ" - "Sumqayıt" qarşılaşması / STATİSTİKALAR


"Sumqayıt" FK-nın "Qəbələ" ilə qarşılaşmalardakı statistikalarını nəzərinizə çatdırırıq:

1. Komandalar Azərbaycan çempionatlarında 20 dəfə qarşılaşıblar.
2. "Sumqayıt" FK "Qəbələ" ilə qarşılaşmalardan 2 qələbə, 5 heç-heçə, 13 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 16-38 rəqib komandanın xeyrinədir.
4. Məhəmməd Qurbanov komandamızın heyətində "Qəbələ"yə ən çox qol vuran futbolçudur (3 qol).
5. "Sumqayıt" FK "Qəbələ"yə qarşı keçirilən son 3 qarşılaşmada məğlub olmayıb (1 qələbə, 2 heç heçə)

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" qarşılaşması 20 avqust, saat 20:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.