17/08/2017

"Qəbələ" - "Sumqayıt" qarşılaşması saat 20:00-da start götürəcək


Topaz Premyer Liqasında 2-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, ikinci turda keçiriləcək “Qəbələ” – "Sumqayıt" oyunu avqustun 20-də Qəbələ şəhər stadionunda baş tutacaq və 20:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə avqustun 21-də Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək və saat 17:00-da başlanacaq.