31/01/2012

“Sumqayıt” FK vətənə qayıdıb


“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb. Bernhard Raabın yetirmələrinə bir günlük istirahət verib. Komandamız fevralın 2-dən 5-dək hazırlığını Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirəcək. “Sumqayıt” daha sonra məşqlərini “Dalğa Arena”da davam etdirəcək.

Xatırladaq ki, “Sumqayıt” FK fevralın 10-da Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq.