13/08/2017

"Sumqayıt" FK 2017/2018 futbol mövsümünə əzmkar qələbə ilə başladı


"Sumqayıt" - "Kəpəz" 2:1
13 avqust 2017. Saat 21:00. “Kapital Bank Arena”, 1326 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Rahil Ramazanov
Dördüncü hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Vüqar Bəybalayev, 24 (qeyri-idman hərəkəti); Cavid Tağıyev, 68 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 83 (qeyri-idman hərəkəti); Kamal Mirzəyev, 90+2 (qeyri-idman hərəkəti)
Qollar: Cavid İmamverdiyev, 16; Amil Yunanov, 74 // Viktor Oseqeyl, 52
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə 5 dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov (k)
5. Vüqar Bəybalayev
(6. Kamal Mirzəyev, 79)
7. Cavid Tağıyev
(11. Ehtiram Şahverdiyev, 87)
9. Amil Yunanov
10. Cavid İmamverdiyev
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
32. Rəşad Eyubov
97. Xəyal Nəcəfov
(13. Bəhlul Mustafazadə, 90+1)

Ehtiyat oyunçular:
23. Mehdi Cənnətov
3. Vurğun Hüseynov
17. Fərid Kərimzadə
39. Tural Bayramlı
90. Ramil Hasanov

Baş məşqçi: Samir Abasov

“Kəpəz”
1.Davud Kərimi
21. Novruz Məmmədov
(15. Azad Kərimov, 74)
3. Dedimar Fereyra
4. Şəhriyar Əliyev
13. Şəhriyar Rəhimov (k)
5. Kərim Diniyev
11. Kamran Abdullazadə
(6. Ceyhun Cavadov, 80)
7. Sergey Çernışev
(10. Tural Rzayev, 77)
20. Samba Dialo
9. İlkin Sadıqov
8. Viktor Oseqeyl

Ehtiyat oyunçular:
22. Ruzi Qiyaslı
12. İlyas Səfərzadə
2. Yusif Cəfərov
16. Azər Məmmədov

Baş məşqçi: Şahin Diniyev

Topaz Premyer Liqasında 1-ci tur başa çatıb. "Sumqayıt" FK ilk turda "Kapital Bank Arena"da "Kəpəz"i qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız 2:1 hesabı ilə qələbə qazanıb.


Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi):
“İlk oyunun belə gərgin keçəcəyini düşünmürdük. Yaxşı motivasiyamız var idi, Sumqayıtda hamı bu oyundan danışırdı. Məncə, ikinci hissəyə yaxşı başlamadıq. Düşünürəm ki, rəqibin vurduğu qol komandanı bir qədər həyəcənlandırdı. Bir oyuna sığmayacaq qədər hücumlar etdik. Çalışacağıq ki, bundan sonrakı oyunlarda da belə hücumlar edək və bunlardan yararlanaq. Yaxşı hücumçularımız var. Bu gün şanslardan yararlana bilməməyimizi bəxtlə əlaqələndirirəm. Ümid edirəm ki, bundan sonrakı oyunlarda belə səhvlər etməyəcəyik.”