11/08/2017

"Sumqayıt" - "Kəpəz" qarşılaşmasını Fariz Yusifov idarə edəcək


Topaz Premyer Liqasında 1-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" – “Kəpəz” qarşılaşmasını Fariz Yusifov idarə edəcək. Knyaz Əmiraslanov və Rahil Ramazanov yan xətlərdə Yusifova kömək edəcək. 4-cü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək. Qeyd edək ki, "Sumqayıt" – “Kəpəz” qarşılaşması 13 avqust saat 21:00-da "Kapital Bank Arena"da baş tutacaq.


13 avqust (bazar)

“Sumqayıt” – “Kəpəz”
Hakimlər:
Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
“Kapital Bank Arena”, 21:00